Bu gün Azərbaycan mediasında özünün dəst-xətti ilə seçilən “Teleqraf.com”un 10 yaşı tamam olur. Bu münasibətlə başda Aynur xanım Camalqızı olmaqla media orqanının əməksevər kollektivinin hər bir üzvünü təbrik edirəm.
“Teleqraf.com” ölkəmizdə medianın internet üzərindən yayımlanmasının ən uğurlu nümunələrindəndir. Bu isə zəhmətsevərliyə, peşəkarlığa əsaslanmış xüsusiyyətdir və bunun nəticəsində yubilyar media orqanı cəmiyyətdə sevilir, qəbul edilir.
Ötən 10 il “Teleqraf.com” üçün etibarlı baza formalaşdırıb. Elə bir baza ki, onu daha böyük rəqəmli yubileylərə daşımağa zəmin yaradır. Bu zəmin həm də gələcək uğurlar, nailiyyətlər üçün ümüddür.
Əziz “Teleqraf.com” kollektivi, yaradıcılıq, jurnalistika naminə axtarışlarınızın xalqımıza, dövlətimizə faydalı nəticələr verəcəyinə əminəm. Bu yolda hər birinizə möhkəm cansağlığı arzulayıram. Bir daha təbrik edirəm!
Əflatun Amaşov
Mətbuat Şurasının sədri