2 Mart 2022 13:05
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Güləş Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə (U-21) gənclər arasında Azərbaycan çempionatı keçirilib.

Teleqraf.com xəbər verir ki, çempionatda 23 komandadan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərovun və məşqçi-müəllim Alov Hüseynovun rəbərliyi ilə yarışlara qatılan FHN komandası uğurlu nəticələrə imza atıb. Belə ki, yarışlarda 72 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov gümüş, 92 kq çəki dərəcəsində iştirak edən Ramil Əsədov (FHN Akademiyasının kursantı) isə bürünc medal əldə edib.

Bakı Boks Mərkəzində Azərbaycan Boks Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında boks üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda 50-yə yaxın komandadan 180 idmançı mübarizə aparıb. FHN-in gənclərdən ibarət boks komandası Nazirliyin İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi ilə yüksək nəticə göstərib. Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Aysu Dərvişova qızlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl, oğlanlar arasında isə 48 kq çəki dərəcəsində yarışa qatılan İlkin Qasımov bürünc medala sahibi olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər