2 Mart 2022 16:40
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi qapalı məkanlarda yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq" - deyə Elşad Hacıyev deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər