2 Mart 2022 21:31
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya qarşı hücumunu pisləyən qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl Rusiya Federasiyası məzmunca oxşar sənədi dünya təşkilatının Təhlükəsizlik Şurasında bloklayıb. Baş Assambleyanın qətnaməsi hüquqi qüvvəyə malik deyil.

Qətnamənin lehinə 141 ölkə səs verib, 34 ölkə bitərəf qalıb, 5 ölkə Rusiyanı dəstəkləyib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər