İtlərin pişiklərə qarşı aqressiyası təbiətin qanuna çevrilib. Amma maraqlıdır, niyə itlər pişikləri sevmirlər?
Teleqraf.com xəbər verir ki, səbəblərdən biri itlərin daha çox sosial heyvan olmasıdır. Buna görə də pişik görən it pişiyin nə olduğunu anlamaq üçün saf maraqla ona doğru qaça bilər.
Həmçinin, pişik şəxsi məkana çox dəyər verdiyi üçün ya qaça bilir, bununla da iti təqib etməyə təhrik edir. Ya da itin burnuna vurmaqla pəncəsi ilə qisas ala bilir. Bu səbəbdən hər iki heyvanda bir-birinə qarşı nifrət yaranır.
Digər səbəb isə duyğuların ifadəsi və çətinliklərin yaranması ilə bağlıdır. İt xoşbəxt olanda quyruğunu yelləməyə başlayır ki, bu da pişiklərin dilində narahatlıq və aqressivliyin təzahürü deməkdir. İt itaətkar bir vəziyyətdə olduqda - əyilib qulaqlarını sıxdıqda, pişik bunu hücuma hazırlıq kimi qiymətləndirir. Pişiklər sakit, metodik və fərdi heyvanlardır. İtlər isə enerjili, maraqlı və daha sosialdır.