6 Mart 2022 10:43
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Endomitrioz xəstəliyi dünyada qadınlar arasında sürətlə yayılmaqdadır.

Teleqraf.com xəbər verir ki, xəstəlik hər 10 qadından birində müşahidə olunur.

Uşaqlığın daxili divarını örtən toxumanın uşaqlıq yolundan kənarda olması diaqnozu olan endometrioz bəzi xəstələrdə heç bir əlamət olmadan inkişaf edir. Əksər xəstələrdə menstruasiya zamanı şiddətli ağrı, həddindən artıq qanaxma, qarında ağrıya səbəb olur.

Xəstəlik reproduktiv orqanların zədələnməsi və sonsuzluğa gətirə bilir. Endometriozun sonsuzluğa səbəb olub-olmadığı hələ də mübahisəli məsələdir. Bəzi xəstələr spontan hamilə qala bilər. Lakin endometriozun borularda və yumurtalıqlarda tıxanma və yapışmalara səbəb olaraq sonsuzluq yaratmaq ehtimalı da var.

Aparılan araşdırmalarda “uşağım yoxdur” deyərək həkimə müraciət edən qadınların 15-55 faizində endometrioz olduğu müəyyən edilib.

Xəstəliyin müalicəsi diaqnoz təyin etməkdən daha asandır. Endometrioz qadınlarda fibromalardan sonra ən çox rast gəlinən xoşxassəli xəstəlik olsa da, bir çox qadın menstrual ağrını normal hal kimi qəbul edir və belə bir xəstəlikdən xəbərsiz qaldığından bununla yaşamalı olduğunu düşünür. Xəstəliyin yaratdığı şikayətlər çox vaxt digər xəstəliklərlə qarışdırıldığı üçün diaqnozun qoyulması 10 ilə qədər davam edə bilər.

Xəstəliyin səviyyəsindən, simptomlardan və xəstənin uşaq sahibi olmaq istəyindən asılı olaraq müalicə üsulları dəyişə bilər.

Elmi tədqiqatlar yumurtalıq xərçənginə daha çox endometriozlu xəstələrdə rast gəlindiyini göstərir. Xüsusilə 40-50 yaş arasında meydana gələn endometrioz kistləri xərçəngin xəbərçisi ola biləcəyi üçün əməliyyat olunmalı və patoloji müayinə edilməlidir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər