Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 787 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib, aktiv xəstə sayı 6 934 nəfərdir.
Ölkədə son sutka ərzində 6 847, hazırkı dövrədək isə 6 579 163 test aparılıb.