Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 330 m² mebel sexinin yanar konstruksiyaları, içərisində olan taxta və karton materiallar 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.