4 Mart 2022 09:55
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi ötən gün Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Martın 5-i şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək 5 mart iş günü, 6, 7, 8 mart tarixləri isə qeyri-iş günü hesab edilir.

Bəs bu halda 5-6 mart tarixlərinə təyin olunan buraxılış imtahanlarının vaxtı dəyişdiriləcəkmi?

Dövlət İmtahan Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, imtahanların qrafikində dəyişiklik yoxdur.

Buraxılış imtahanlarının elan olunmuş qrafik üzrə - martın 5-də və 6-da keçirilməsi nəzərdə tutulur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər