"Qazlaşma zamanı ayrılan dövlət vəsaiti təyinatı üzrə istifadə edilir".
Teleqraf.com xəbər verir ki, bunu "Açıq qapı" aksiyasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Problemlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
O bildirib ki, hər hansı rayonun kəndi üçün ayrılan dövlət vəsaitinin müəyyən hissəsinin bir başqa kənddə görüləcək işlərə sərf edilməsi mümkün deyil: "Dövlət proqramına uyğun olaraq ünvanlı şəkildə kənd və qəsəbələrdə təyinatı üzrə işlər görülür. Siyahıya uyğun olaraq kənd və qəsəbələrdə qazlaşma işləri aparılır".
Qurum sözçüsü Eldəniz Vəliyev isə bildirib ki, Avropanın Azərbaycan qazına tələbatının bir qədər artması görüləcək digər işlərə təsir edə bilməz.