"Azəriqaz" İB istixana sahibi olan sahibkarlara hər zaman həssas yanaşıb. Təəssüf ki, bəzi hallarda bundan sui-isitfadə olur.
Teleqraf.com xəbər verir ki, bunu "Açıq qapı" aksiyasında Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev deyib.
"Qurumun əməkdaşları sahibkarla görüşəndə soruşur ki, debüt borcunu hissə-hissə ödənilməsi üçün nə qədər müddət lazımdır. Sahibkar da, tutalım, 5 aya bunu həyata keçirəcəyini deyir. Lakin növbəti görüşdə yenidən 5 ay möhlət istəyir. Həmin sahibkar bu müddətdə heç debütor borcunu da ödəmir. Bu kimi hallar az da olsa, var", deyə, qurum rəsmisi bildirib.