Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Rasim Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək kİ, 2020-ci ildə Rasim Kazımov "Vətən uğrunda" medalı ilə təltif olunub.