Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, fit quruluşlu bədənə sahib olmaqdır.
Teleqraf.com xəbər verir ki, sürətli çəki itirmək bir çox fəsadlara səbəb ola bilər.
Sürətli arıqlamaq qanda şəkəri azaldır. Sürətli arıqlamaq üçün aşağı kalorili pəhrizlər qanda şəkərin düşməsinə səbəb olur. Buna səbəb pəhriz zamanı orqanizmin karbohidrat qəbulunun azalmasıdır.
Bununla yanaşı, sürətli kilo vermək ürək xəstəliklərinə səbəb olur. Pəhrizin və sürətlə çəki itirməyin zərərləri arasında ən böyük risk daşıyan orqan ürəkdi. Bu səbəbdən bu pəhriz saxlamaq infarkt riskini artırır. Hətta ani ölümlərə də yol aça bilər. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir.
Misal üçün, itirilən natrium, kalium tarazlığın pozulmasına, ürək əzələlərinin mənfi təsirlənməsinə səbəb olur. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, ani şəkər və təzyiq düşməsi kimi problemlər yaranır.