“Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub”.
Teleqraf.com-un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı qardaşlığın bir təzahürü oldu. Türkiyənin siyasi və mənəvi dəstəyi olduqca önəmli oldu“, - nazir vurğulayıb.