6 Mart 2022 13:27
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah, martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Martın 7-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Müəllif: Teleqraf.com