8 Mart 2022 00:04
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, polis əməkdaşları tərəfindən aksiyanın qarşısı qətiyyətlə alınacaq”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Bakıda Fəvvarələr Meydanında (“McDonalds”-ın qarşısından) “8 marş -Susa bilmirik!” şüarı ilə yürüş keçirmək istəmələri ilə bağlı hazırlıqlara başlayıblar. Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər