Ötən il Azərbaycanda valideyn himayəsindən kənarda qalan və sosial təhlükəli vəziyyətlə üzləşən 127 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd edilib ki, azyaşlılarla bağlı zəruri yardım, himayə və kömək göstərilməsi üçün səhiyyə, sosial-müdafiə, eləcə də digər dövlət strukturlarına 240 müraciət ünvanlanıb.
Hesabat ilində uşaqlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları dilənçiliyə cəlb edən 75 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib.
Valideynlərdən 26 nəfəri profilaktik nəzarətə götürülüb, digərləri ilə fərdi qaydada söhbətlər aparılıb.