10 Mart 2022 10:23
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda istismar müddəti başa çatmış zirehli maşınlar müasir standartlara uyğunlaşdırılacaq.

Teleqraf.com-un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

"Hərbi sənaye kompleksinin yaradılması imkanlanı ilə bağlı bildiririk ki, zirehli nəqliyyat vasitələrinin təmiri, təkmilləşdirilməsi, habelə istismar müddəti başa çatmış zirehli maşınların müasir standartlara uyğunlaşdırılması, o cümlədən silah və hərbi texnikanın ehtiyat hissələri üçün istehsal sahələrinin yaradılması üzrə Müdafiə Sanayesi Nazirliyinin müvafiq təkliflərinə Nazirlər Kabinetinin tapşırığına asasən İqtisadiyyat və Müdafiə nazirliklərində baxılır", - hesabat sənədində bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər