Bu ilin fevral ayında “Azəriqaz” İstehsalat Biliyi ümumilikdə 980 milyon kubmetr qaz qəbul edilib.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 13,3 % artıqdır: “Ötən ay 208 milyon kubmetr qaz sənaye xətləri üzrə qaz qəbul edilib. 772 milyon kubmetr qaz isə əhali xətləri üzrə qəbul edilib. Bu, 2021-ci ilin fevral ayı üzrə müqayisədə 13,3 milyon kubmetr qaz qəbulunda artım qeydə alınıb”.
Ruslan Əliyev bildirib ki, əhali xətləri üzrə isə 66 milyon kubmetr azalma qeydə alınıb. Bu da bu ilin fevral ayında havaların daha isti keçməsi ilə əlaqəli ola bilər: “Qeyri-əhali xətləri üzrə 79 milyon kubmetr artım qeydə alınıb”.
Baş direktor deyib ki, bu ilin yanvar-fevral aylarında isə “Azəriqaz” 2 milyrad 162,2 milyon kubmetr qaz qəbul edilib: “Bu, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 113,1 milyon kubmetr qaz qəbulunda artım deməkdir. Bu qazın 454 milyon kubmetri sənaye xətləri üzrə, 1 milyard 707,5 milyon kubmetri əhali xətləri üzrə qaz qəbul edilib”.