11 Mart 2022 16:01
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.

Ölkədə son sutka ərzində 5 161, hazırkı dövrədək isə 6 622 919 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər