11 Mart 2022 20:38
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Birlikdən məlumat verilib. Bildirilir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsinin 3-cü rüb yekunlarına dair dəyirmi masa keçirilib.

Dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin icrası ilə əlaqədar problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə edilib.

Üçüncü rübün nəticələrinə görə Onlayn İctimai Nəzarət Platformasında vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər