Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda rayonun ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər.
Teleqraf.com xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib.Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar məruzə edib.Toplantıda çıxış edənlər ölkəmizdə ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.