Şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir.
BNA-dan Teleqraf.com-a verilən məlumata görə, təşkil edilən velosiped yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb. Şəhərin mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqlda velosiped yolunun 1,6 km artıq yekunlaşıb.
Bakı şəhərinin Baş Planına əsasən velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km təşkil edəcək.