ABŞ ordusu "Ebola" virusu ilə mübarizə aparacaq “Saul” adlı robotu təqdim edib.
Teleqraf. com-un məlumatına görə, “Saul” adlı cihazın istifadə olunduğu otaqda yaydığı ultrabənövşəyi şüalar həmin mühiti sadəcə bir neçə dəqiqə ərzində dezinfeksiya edir.
Zərərli viruslar, bu şüalarla birbaşa DNT-lərinin sıradan çıxması nəticəsində çoxala bilmir və bir neçə dəqiqədə məhv olur.
Qərbi Afrikada yayılan və indiyə qədər 5 mindən çox insanın ölümünə səbəb olan ebola epidemiyasına qarşı mübarizə müxtəlif üsullarla davam edir.