“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Birliyin 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olub.
Teleqraf.com xəbər verir ki, İlaxır çərşənbədə Birliyin Çağrı mərkəzinə daxil olan bəzi müraciətləri baş direktor özü cavablandırıb.
Vətəndaşların ünvanladıqları sualları cavablandırdıqdan sonra Birlik rəhbəri özünü təqdim edərək abonentləri bayram münasibəti ilə təbrik edib. Daha sonra baş direktor 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.
Daha ətraflı video materialdan izləyə bilərsiniz: