Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Teleqraf.com bildirir ki, mərhumun cənazəsi Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Vida mərasimində mədəniyyət naziri Anar Kərimov, Xalq yazıçıları Çingiz Abdullayev, Anar, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq rəssamı Fərhad Xəlilov, professor Rafiq Əliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, mərhumun oğlu Fuad İbrahimbəyov çıxış ediblər.
* * *
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli vida mərasimində mərhum haqqında xatirələri bölüşüb: "O, dənizi sevirdi, bağ evini dənizin lap yaxınlığında tikmişdi. Onun Bakıya hər gəlişi bayram idi. Rüstəm İbrahimbəyovun hər sözündə bir məna, musiqi, teatr, sənətlə bağlı öz mövqeyi var idi. Ədalətsizliyi qəbul etmirdi, yaltaqlığa nifrət edirdi. Belə sənətkarları qorumaq lazımdır, çünki onlar hər an doğulmur".
* * *
11:34
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Teleqraf.com xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.
***
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun nəşi Nizami Kino Mərkəzinə gətirilib.
Teleqraf.com xəbər verir ki, Rüstəm İbrahimbıyovun nəşi ölkəmizə axşam saatlarında gətirilib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov Birinci Fəxri Xiyabanda dəfn ediləcək.
Mərhumla bu gün saat 12:00-da vida mərasimi baş tutacaq.