Fevral ayının 27-i Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstələr tərəfindən qətlə yetirilən soydaşlarımızın dəfn mərasimi başlayıb.
Teleqraf.com-un məlumatına görə, dünyasını dəyişən həmvətənlərimiz Göygöl rayonunda Murovdağ qəbristanlığında torpağa tapşırılır.
Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobildən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıb.