16 Mart 2022 16:54
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 16-da Türkiyənin Batman Universitetinin rektoru, professor İdris Demir və nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və universitetin prorektorların iştirakı ilə görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, qonaqları salamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlara universitetin tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri və qoşulduğu layihələr haqqında məlumat verib.

Rektor, professor Mustafa Babanlı layihələrin ən uğurlusu olan UFAZ təcrübəsindən danışaraq ikili diplomla bağlı tədris olunan mövzuların uyğunluğundan danışıb.

Sonra Batman Universitetinin rektoru, professor İdris Demir universitetlərində fəaliyyət göstərən mərkəzlər, tədris olunan ixtisaslar haqqında geniş məlumat verib. O, Azərbaycanın ön sırada yer alan ali təhsil müəssisəsində olmasından məmnun olduğunu deyib.

Səfir Cahit Bağcı çıxışında Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. Son illərdə əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edən səfir iki qardaş ölkənin ali təhsil müəssisələri arasında belə əməkdaşlıq əlaqələrinin qurulmasının yüksək perspektivli nəticələr verəcəyinə əminliyini bildirib.

Sonda iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər