Bu gün “Veteninfo.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının növbəti ildönümüdür.
Agentliyin fəaliyyətə başlamasından 10 il ötür.
Veteninfo.az 2012-ci ilin martın 17-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytın təsisiçisi və baş redaktoru tanınmış jurnalist Nahid Canbaxışlıdır.
www.veteninfo.az domeni ilə fəaliyyət göstərən sayt vasitəsilə gün ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar, eləcə də şou və əyləncə xəbərləri geniş oxucu kütləsinə təqdim olunur.
Veteninfo.az operativliyi və dəqiqliyi ilə geniş oxucu auditoriyası toplayıb.
İnformasiya agentliyi siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.
Redaksiyada və agentliyin internet saytında “qaynar-xətt” fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.
“Veteninfo.az” İnformasiya Agentliyinin kollektivini ad günü münasibətilə təbrik edirik!