24 Noyabr 2014 10:59
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

TQDK-nın 11-ci sayı Prezident təqaüdçülərindən yazır

“Abituriyent” jurnalının 11-ci sayı nəşr edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, jurnalda Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar öz əksini tapıb.

Jurnalda həmçinin TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, həmin abituriyentlərlə aparılmış anket sorğusu, onların arzu, rəy və təklifləri təqdim olunub.

NİGAR


Müəllif: