Bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. 2014-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev Yevlax rayonunda vətəndaşları qəbul edib.
Teleqraf.com-un xəbərinə görə, şəhərin mərkəzi xəstəxanasında gün ərzində aparılan səyyar qəbulda Nazir Yevlax, Mingəçevir, Göranboy, Ağdaş, Göyçay, Zordab, Ucarolan 10 vətəndaşı qəbul edib, onların istək və xahişlərini dinləyib.
Müraciətlər nazir tərəfindən diqqətlə dinlənilib və bu problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlətəminat və s. məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyəti elə yerindəsə öz həllini tapıb. Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlərisə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Naibə QURBANOVA