Orqanizmdə dəmir azlığı dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bunun əsas əlamətləri yorğunluq və zəiflikdir. Bəzi hallarda daha böyük problemi özündə gizlədə bilər və buna görə də erkən diaqnoz çox vacibdir.
Dəmir bədənimiz üçün vacib elementlərdən biridir. Dəmir qırmızı qan hüceyrələrimizə oksigeni almağa və onu bədənin bütün hüceyrələrinə paylamağa imkan verən hemoglobinin bir hissəsidir. Bu oksigen bədən funksiyaları üçün lazımdır.
Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən qida çatışmazlıqlarından biridir. Orqanizminizdə dəmir azaldıqda nə baş verdiyini bilmək üçün əvvəlcə düzgün dəmir səviyyəsinin miqadirini bilməlisiniz. Qanda dövran edən dəmir normal olaraq 50-150 mq/dl arasında olur. Bununla belə, bədəndə dəmirin saxlanmasının müəyyən formaları var. Ferritin dəmirin saxlanmasından məsul olan bir proteindir və ümumi dəmiri ölçərkən onun dəyərlərini nəzərə almalıyıq. Bu boşluğun bir çox səbəbi ola bilər.
Dəmir əksikliyi qadınlarda daha çox menstruasiya səbəbiylə baş verir. Bunun səbəbi qan itkisi ilə birlikdə dəmir səviyyəsinin də azalmasıdır. Onu da nəzərə almaq lazımdır ki, biz dəmiri qida yolu ilə əldə edirik. Dəmir isə əsasən ətdə olur. Buna görə də vegetarian olmaq kimi müəyyən pəhriz vərdişləri də dəmir əskikliyinə səbəb ola bilər.