20 Mart 2022 08:04
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların səhhətləri barədə ən çox şikayət etdikləri qan təzyiqinin yüksək olmasıdır.

Teleqraf.com xəbər verir ki, qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatlıqlara səbəb olur. Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.

Arterial təzyiq cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.

Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:

Sistolik arterial təzyiq - qanın vurulmasının ən yüksək həddidir.

Diastolik arterial təzyiq - ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir.

Normal arterial təzyiq 120/80 millimetr civəsütünü olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər