19 Mart 2022 23:16
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev və digər struktur bölmələrin rəhbərləri Novruz bayramı ərəfəsində övladları vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, Birlikdə çalışan üç əməkdaşın ailəsini ziyarət ediblər.

Bu barədə Teleqraf.com-a Birlikdən məlumat verilib.

Məlumata görə, şəhid Zaur Mədətovun atası Kamal Mədətov Sumqayıt qaz istismar Sahəsinin Qəza-dispetçer xidmətinin operatoru vəzifəsində çalışır. Görüş zamanı şəhid atası Füzulidə şəhidlik zirvəsinə ucalan övladı ilə fəxr etdiyini və qürur duyduğunu bildirib.

Şəhid Rauf İbadovun da ailəsi ziyarət olunub. Şəhidin atası Məhərrəm İbadov “Azəriqaz” İB-nin Sumqayıt qaz istismar Sahəsində Texniki şöbənin rəisi vəzifəsində çalışır. O, oğlu Raufun Füzuli, Cəbrayıl və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu bildirib.

Həmçinin Birlik rəhbərliyi şəhid Osman Manafovun ailəsi də ziyarət ediblər. Şəhidin atası Natiq Manafov uzun illərdir “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsində çalışır. O, oğlu kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.

Şəhid ailələri onlara göstərilən diqqətə görə Birlik rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər