Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) binasının sökülüb yenidən tikilməsi qurum tərəfindən də rəsmi olaraq təsdiqləndi.
Komitədən verilən məlumata görə, TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair müvafiq dövlət qurumları tərəfindən verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub.
Qurum yeni binanın hansı dizaynda inşa olunması barədə rəsmi məlumat verməsə də bəzi saytlar yeni TQDK ilə bağlı layihə görüntüləri yayımlayıb. Ehtimal ediləcək yeni dizaynı oxuculara təqdim edirik.
NİGAR