Azərbaycana yaz fəsli qədəm qoyub.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Teleqraf.com-a verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 19:33-də baş verib.
Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayır.