İsveçin xarici işlər naziri Ann Linde özünün tviter hesabında Novruz bayramı münasibətilə 4 dildə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, xarici işlər nazirinin paylaşımlarından biri Azərbaycan dilində olub. İsveçin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında “Novruz bayramınız mübarək”, - yazıb.