22 Mart 2022 09:45
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Huddersfild Universitetinin alimləri koronavirusun beynin immun reaksiyasına təsirini araşdırıblar.

Teleqraf.com xəbər verir ki, araşdırmanın nəticələri “Molecular Neurobiology” jurnalında dərc edilib.

Məlum olub ki, SARS-CoV-2-nin insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi sünbül zülalı bədənin qalan hissəsində olduğu kimi beyinin immun hüceyrələrinə də eyni təsir göstərə bilər. Virus beyində çoxala bilməsə də, yaddaş itkisi və beyin dumanlanması kimi bəzi pozğunluqlara səbəb olması mümkündür.

İndi mütəxəssislər koronavirus infeksiyasının beyinə təsir edib-etməməsi, onun gələcəkdə altsheymer və ya parkinson xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklərin inkişafına səbəb olub-olmamasını araşdırırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər