22 Mart 2022 17:03
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Teleqraf.com-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, gün ərzində FHN-in qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər