Burun əyriliyi insanların 70-80 faizində müşahidə olunur.
Teleqraf.com xəbərinə görə, mütəxəssislər burun əyriliyinin müalicə olunmadığı təqdirdə xoruldama, baş ağrısı, farengit kimi problemlərə səbəb olduğunu deyirlər.
Burun əyriliyi anadangəlmə və ya yeniyetməlik dövründə alınan zərbərlərlə meydana gələ bilər. Burun əyriliyi ən çox burunla nəfəs almada çətinlik zamanı özünü biruzə verir. Lakin bununla yanaşı, xoruldama, yuxu problemi, xroniki ağrılar, ferengit və tez-tez burunun qanaması kimi problemlərə də yol açır.
Bir çox həkimlər problemin əməliyyatla aradan qaldırılmasını tövsiyə etsə də, hər çəpər əyriliyi əməliyyat tələb etmir. Əgər burun əyriliyi ciddi problemlərə səbəb olmursa, xəstənin yaşı azdırsa, mütəxəssislər əməliyyat tövsiyə etmirlər.