Türkiyədə Xocalı soyqırımı ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycandan gedən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində Türkiyə baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə görüşüblər.
Teleqraf.com-un məlumatına görə, görüşdə Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, BayMedia İnformasiya Agentliyinin redaktoru Elnur Eltürk iştirak ediblər. Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Dövlətlərərası əlaqələr, Qarabağ problemi və digər məsələlər müzakirə olunub.
Bəxtiyar