24 Noyabr 2014 15:30
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Şəki-Zaqatala regionu gənclərinin məşğulluq və karyera imkanlarının artırılması” adlı maarifləndirici layihəsi çərçivəsində növbəti təlim-məlumatlandırma sessiyası Şəki şəhərində təşkil olunub.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, yerli icra hakimiyyətləri, gənclər və idman idarələri, rayon, şəhər əhalinin əmək və sosial müdafiə və məşğulluq mərkəzləri ilə birgə əməkdaşlıq şəklində həyata keçirilən layihə Şəki şəhərində, Qax, Zaqatala və Balakən rayonlarında məşğulluq imkanları və karyera inkişafına dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, hər bir rayonda təlim sessiyaları vasitəsilə bu regionun gənclərinə məşğulluq, yeni iş imkanları və s. mövzularında interaktiv üsullarla maarifləndirmənin aparılmasına, regionun gənc könüllü təlimçilər şəbəkəsinin qurulmasına və geniş PR fəaliyyətinə yönəlib.

Şəkidə fəal gənclərin iştirakı ilə keçirilən təlim-məlumatlandırma sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, təşkilatın sədr müavini, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov, yerli icra hakmiyyəti və məşğulluq mərkəzinin məsul əməkdaşları da iştirak ediblər.

Rəsmi açılışdan sonra təlimçi-ekspert D.Əhmədov məşğulluq və karyera inkişafı istiqamətində bölgə gənclərinə yeni iş imkanları, CV və istək (maraq) məktubunun hazırlanması, iş müsahibələri, işədüzəlmə üçün hüququ-normativ sənədlər və onların tərtibi və s. mövzularda geniş informasiyalar çatdırıb.

Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələ, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparılıb. 2 gün davam edən təlimin sonunda iştirakçılara yekunlara dair sertifikatlar təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər