27 Mart 2022 18:57
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus əleyhinə 10 095 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 279, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 607 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 405 920, birinci doza peyvəndlərin ümumi sayı 5 321 389, ikinci doza vaksinlərin sayı 4 818 792 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 039 383, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 226 356 olub.


Müəllif: Teleqraf.com