28 Mart 2022 13:19
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev martın 30-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron və Zəngi­lan ra­yonla­rın­dan olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Abşeron və Zəngilan rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaq­la (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Belə ki, qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı pey­vəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər