Mübariz Mənsimov başda olmaqla “Palmali Holdinq”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, şirkətə məxsus gəmilərin adları dəyişdiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb.
“Bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İdarə Heyətinin qərarı ilə ilk gəmi 30 mart tarixində yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər.
Gəminin texniki göstəriciləri isə bunlardır: 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir”, - o qeyd edib.