Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də saat 10:00-da Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam, Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdam rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
“Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər” – deyə məlumatda deyilir.