7 May 2014 14:07
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin üzvü Adil Əliyev jurnalist Fərahim İlqaroğlunu döyən Tural Bayramovla tanışlığının olub-olmamasına aydınlıq gətirib.

O, Teleqraf.com-a açıqlamasında bu barədə geniş danışmaq istəmədiyini deyib: “Federasiyaya minlərlə adam gedib-gəlir. Onların hamısına mən cavabdeh olası deyiləm ki? Bunun mənə aidiyyatı yoxdur”.
O, T.Bayramovu tanımadığını da bildirib.

Qeyd edək ki, yayılan məlumatlara görə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxs danışıb. O, jurnalistin döyülməsi barədə Tural Bayramovdan sifariş aldığını etiraf edib.

K-1 döyüş növü üzrə tanınmış idmançının Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin ətrafında olduğu, sonradan nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı deyilir.

Kəmalə


Müəllif: