7 May 2014 14:13
2 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O oğlanı tanımırıq, tanımırıq, tanımırıq! Vəssalam! “Yeni Müsavat”ın yazdıqlarına şərh vermək istəmirəm, vəssalam. Bu, bir kampaniyadır başladıblar, onlara cavab vermirik”.


Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Elton Məmmədov deyib.

O, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyməyi sifariş verən Tural Bayramovun oğlu Aynar Məmmədovla əlaqəsinin olub-olmaması barədə danışmaq istəməyib.

Qeyd edək ki, yayılan məlumatlara görə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxs istintaqa etiraflar edib. O, jurnalistin döyülməsi barədə Tural Bayramovdan sifariş aldığını bildirib. K-1 döyüş növü üzrə tanınmış idmançının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq etdiyi deyilir.

Kəmalə


Müəllif: