Mədəni İnkişaf və Dialoq İctimai Birliyi icra etdiyi layihəyə uyğun olaraq növbəti tədbiri reallaşdırıb.
31 mart 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə və 1 nömrəli Bakı Tibb Kollecinin rəhbərliyinin təşkilatı dəstəyi sayəsində Kollecin akt zalında, “Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” mövzusunda maarifləndirmə və məlumatlandırma seminar – treninq keçirilib.
Seminarda kollecin rəhbərliyini və tələbələrini təmsil edən 40 nəfər iştirak edib.
Seminarda çıxış edənlər Zəfər qazanmış ölkəmizdə azərbaycançılıq işığının xalq-dövlət-ordu birliyi haqda məruzələr etməklə yanaşı, Zəfər Yolunun hədəfləri, ərazi bütövlüynün bərpası kimi məsələlər ilə bağlı məlumat veriblər. Bu haqda dəlil və faktlara söykənən təsəvvür yaradılmasına, müvafiq əyani vəsaitlərin – mövzu ətrafında hazırlanmış materiallar və s. paylanması ilə bilgi və məlumatların genişləndirilməsinə nail olunub.
Seminarı qısa giriş sözü ilə Kollecin Həmkarlar Təşkilatının sədri Sevda xanım Nadirova açaraq, tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib.
İlk olaraq məruzəçi professor Rəna Mirzəzadə “Zəfər Yolunun hədəfləri” mövzusunda çıxış edib.
Digər mühazirəçi fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Azərbaycançılıq birliyiyi və 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət təsiri ” mövzusunda çıxış edib. Hər iki mövzu aktuallığı ilə əlaqədar maraqla qarşılanıb.
Kollecin Gənclər təşkilatının sədri Həsənbəyli Elnur da tədbirlə bağlı öz fikirlərini bildirib. Mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.
Yekunda seminar-treninq iştirakçıları maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.
Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün Kollecin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz təşəkkürünü çatdırıb.