6 Aprel 2022 11:15
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz tviter hesabında paylaşım edib.

“2022-ci il Şuşa İli” çərçivəsində Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib. Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib”, - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com